Azərbaycan millisinin hücumçusu Qazaxıstan klubunda

20 May 2022 13:40 Futzal 1 192
Azərbaycan millisinin hücumçusu Qazaxıstan klubunda

Azərbaycan millisinin və "Tümen"in futzalçısı Rafael Vilela karyerasını Qazaxıstanda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya klubunun prezidenti Aleksandr Popov "asnta.ru" saytına açıqlama verib.

Funksioner bildirib ki, 29 yaşlı braziliyalı oyunçu növbəti mövsümü icarə əsasında "Kayrat"da keçirəcək: "Siyasi vəziyyət düzəlsə, onu geri qaytaracağıq".

FIFA və UEFA daha əvvəl Rusiya yığmaları və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. "Tümen" komandası isə UEFA Çempionlar Liqasının “dördlər finalı”ndan məhrum olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!