“Səhvlərimiz məğlubiyyətə səbəb oldu” - Millinin baş məşqçisi

23 Yanvar 01:00 Futzal 221
“Səhvlərimiz məğlubiyyətə səbəb oldu” - Millinin baş məşqçisi

"Düzdür, vacib oyunda uduzduq, amma qarşıda daha iki oyunumuz var, şanslar hələ bitməyib".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Gürcüstana 2:3 hesabı ilə uduzduqları Avropa çempionatının qrup mərhələsinin ilk tur oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis birinci hissədə yaxşı oynadıqlarını bildirib:

"Taktiki tapşırıqları müəyyən qədər yerinə yetirdik. Hadisələr biz istəyən kimi cərəyan etdi və ardıcıl 2 qol vurduq, hesabda üstünlük qazandıq.

Passivimizdə cərimələrimiz çox idi. Buna görə oyunçulara tempi aşağı salmalarını tapşırdım. Fasilədə oyunçularıma səliqəli oynamalı, səhvə yol verməməli və hansı taktiki tapşırıqları yerinə yetirməli olduqlarını bildirdim.

Düşünürəm ki, ikinci hissəyə çox sakit başladıq. Etdiyimiz səhvlər məğlubiyyətə səbəb oldu. Rəqibimiz də yaxşı oynadı".

Baş məşqçinin sözlərinə görə, yığma qrupda İspaniya ilə Bosniya və Herseqovinaya qarşı keçirəcəyi növbəti iki matçda səhvlər üzərində işləyəcək:

"Psixoloji baxımdan da uşaqlarla söhbətlər aparmaq lazımdır. Sona qədər mübarizə aparacağıq. Əlbəttə, hər şey təkcə bizdən asılı deyil.

Gürcüstanla Bosniya və Herseqovina arasında keçiriləcək oyunun nəticəsi də çox vacibdir. Əgər Gürcüstan millisi həmin oyunda qələbə qazansa, bizim üçün çətin olacaq”.

İlk turun digər matçında İspaniya yığması Bosniya və Herseqovinanı məğlubiyyətə uğradıb - 5:1.

Azərbaycan millisi İspaniya ilə yanvarın 26-da, Bosniya və Herseqovina ilə yanvarın 29-da üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti