Azərbaycan millisi qrupdan çıxmasa...

17 Yanvar 2022 21:20 Futzal 747
Azərbaycan millisi qrupdan çıxmasa...

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində iştirak edəcək.

Baş məşqçi Joze Alesio Da Silva turnirdə 14 futzalçının xidmətindən yararlanacaq.

Komandamız D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 kollektivin iştirakı ilə olacaq.

Federasiya rəhbərliyi yığmanın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyub. Bu tapşırıq yerinə yetirilməsə, Joze Alesio Da Silva vəzifəsi ilə vidalaşa bilər.

Uzun illərdir ölkəmizdə çalışan brazilyalı mütəxəssisə bununla bağlı xəbərdarlıq olunub. Və maraqlıdır ki, o da razılaşıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"