Azərbaycan çempionatında “transfer pəncərəsi”nin vaxtı bilindi

16 İyun 2021 21:20 Futzal 1 048
Azərbaycan çempionatında “transfer pəncərəsi”nin vaxtı bilindi

Futzal üzrə Yüksək Liqada 2021/22 mövsümünə sentyabrın 9-da start veriləcək.

Sportinfo.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, “transfer pəncərə”sinin vaxtı müəyyənləşib.

Komandalar oyunçuların transferini və qeydiyyatını iyulun 5-dən sentyabrın 22-dək həyata keçirə biləcəklər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu