"Dördüncü turdan sonra problemi həll etsəydik, bəli, asan olardı"

16 Aprel 2021 21:00 Futzal 514
"Dördüncü turdan sonra problemi həll etsəydik, bəli, asan olardı"

Futzal üzrə Slovakiya yığmasının kapitanı Tomaş Draxovski Moldova mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, o, öncə qrupdakı mübarizəni dəyərləndirib:

"Qrupda bizim üçün asan olduğunu deyə bilmərəm. 4-cü turdan sonra problemi həll etsəydik, bəli, asan qrup olardı.

Ancaq AÇ-2022-yə səfərimiz son turda Moldova ilə səfər matçında həll olunurdu, bundan əvvəl isə evdə onlarla güclə heç-heçəni xilas etdik.

Həmçinin Moldova millisinin qarşısında daha sərfəli mövqedə olmaq üçün Azərbaycandan da mütləq xal almalı olduq. Buna görə ilk baxışdan göründüyü kimi sadə bir təsnifat mərhələsi deyildi".

Xəbər Lenti