AFFA qərar verdi, Azərbaycanda yeni liqa yaradıldı

16:40 Futzal 94
AFFA qərar verdi, Azərbaycanda yeni liqa yaradıldı

AFFA futzal sahəsində daha bir yeniliyə imza atıb.

Ölkəmizdə ilk dəfə U-19 liqası təşkil olunacaq.

Federasiya artıq bununla bağlı işlərə başlayıb. İştirakçılar müraciət edən komandaların sayından asılıdır. Çempionata dekabrda start verilməsi planlaşdırılır.

Yeri gəlmişkən, Yüksək Liqada 10 komanda mübarizə aparacaq. Bu da artım deməkdir.

Məlumunuz olsun ki, ötən sezon yarışda 6 klub çıxış edib.

«Marafon» İK, «Xankəndi», «İmişli», «Rəvan» və «Atidel Ordubad» PFK debütantların siyahısına daxildir.

«Şuşa» MFC, «Baku Fire», «Yasamal Bakı», «Araz Naxçıvan» və «Neftçi» İK isə bizə tanış adlardır.

Birinci Liqada isə 11 kollektiv qüvvəsini sınayacaq.

«Ulduz Bakı, «Baku Fire-1», «MC Finans», «Metropoliten Bakı», «Star Kargo», «Neftçala» PFK, «Bakı» MFK, «İçəri Şəhər Bakı», «Xəzər» Futzal Klubu, «Xan Lənkəran» MFK və «Timsport» aşağı liqada özünü göstərməyə çalışacaq.

AFFA bu mövsümdən yeniliyə imza atacaq. Yüksək Liqada yarışacaq komandaların hər birinə aylıq 5000 manat ödəniş ediləcək.

2027/28-ci il sezonundan etibarən isə Birinci Liqaya maliyyə dəstəyinin verilməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti