Azərbaycan millisinə görə qapıları bağladılar

22 Yanvar 17:00 Futzal 445
Azərbaycan millisinə görə qapıları bağladılar

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Slovakiya oyunu qapalı keçiriləcək.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüşə KİV nümayənləri və azarkeşlər buraxılmayacaq.

Saat 18:00-da start götürəcək matçı CBC Sport telekanalının canlı yayımlayacağı gözlənilir.

Qarşılaşma yanvarın 29-da Bakı İdman Sarayında gerçəkləşəcək.

Xəbər Lenti