Millimizin olduğu qrupun oyununda atışma düşdü, 2 nəfər öldürüldü, yarımçıq dayandırıldı

17 Oktyabr 2023 00:40 Hadisə 1 201
Millimizin olduğu qrupun oyununda atışma düşdü, 2 nəfər öldürüldü, yarımçıq dayandırıldı

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika - İsveç oyunu yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb Belçikanın paytaxtı Brüssel şəhərinin mərkəzində atışmanın olmasıdır.

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Heysel stadionunda yaxınlığında İsveçin iki vətəndaşı qətlə yetirilib.

Buna görə də ilk hissəsi 1:1 hesabı ilə başa çatan görüş təxirə salınıb. Hər iki komanda oyunçuları hadisə səbəbindən meydana çıxmamağa qərar veriblər.

Belçika və İsveç Azərbaycan yığması ilə birlikdə F qrupunda mübarizə aparır. Belçika artıq ötən tur Avro-2024-ün əsas mərhələsinə vəsiqəni təmin edib.

Qrupda Avstriya yığması da bu gün Azərbayana qalib gələrək (1:0) final mərhələsində iştirakını rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti