Komanda yoldaşını intim video ilə şantaj edən Kərim 6 ildən sonra…

19 May 2021 00:14 Fransa 1 377
Komanda yoldaşını intim video ilə şantaj edən Kərim 6 ildən sonra…

"Real"ın hücumçusu Kərim Benzema Avropa çempionatı üçün Fransa millisinin heyətinə daxil edilib.

Sportinfo.az xəbər verir ki, 2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunub.

Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa millisi Almaniya, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!