Neymar: “Meydanda ölməli olsam da, hər şeyi edəcəm”

3 May 2021 18:40 Fransa 664
Neymar: “Meydanda ölməli olsam da, hər şeyi edəcəm”

PSJ-nin forvardı Neymar Çempionlar Liqasının yarımfinalı çərçivəsində “Mançester Siti” ilə cavab oyunu barədə gözləntilərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı özünə inam hissinin vacib olduğunu qeyd edib.

“İlk növbədə yaxşı dincəlmək, daha sonra isə diqqətimizi Çempionlar Liqası üzərində cəmləmək lazımdır. “Mançester Siti” ilə ilk matçımız çox ağır oldu.

Lakin biz statistikanın nə deməsindən asılı olmayaraq, özümüzə inanmalıyıq. Fikrimcə, hər bir parisli bizə inanmalıdır.

Mən öndə, komandam uğrunda döyüşə qatılan ilk döyüşçü olacam. Əlimdən gələni edəcəm. Meydanda ölməli olsam da, hər şeyi edəcəyəm”, - deyə Neymar bildirib.

Digər Xəbərlər
Xəbər Lenti