Amerikalı rus rəqibinin qarşısına Putinin portreti ilə çıxdı - VİDEO

19 Avqust 2023 03:40 Hadisə 969
Amerikalı rus rəqibinin qarşısına Putinin portreti ilə çıxdı - VİDEO

Amerikalı boksçu, "Kinqpin" ləqəbli Kevin Conson rusiyalı rəqibi Mark Petrovski ilə döyüşdən öncə maraqlı addım atıb.

Sportinfo.az xəbər verir ki, Conson tərəziyə üzərində Rusiya prezidenti Vladimir Putinin portreti və rus bayrağı rənglərində olan köynəklə çıxıb.

Keçmiş dünya çempionunun bu adımı birmənalı qarşılanmayıb və müxtəlif insanlar tərəfindən kəskin etirazlarla qarşılanıb.

46 yaşlı idmançı və onun rus rəqibi bugündən etibarən Moskvada keçiriləcək turnirdə iştirak edəcək.

Conson bu yaxınlarda Rusiya prezidenti Putinə böyük hörmət bəslədiyini və adını Kevin Vladimiroviç olaraq dəyişdirdiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!