Ulduzların görüşü ləğv edildi

20 May 20:40 Dünya futbolu 76
Ulduzların görüşü ləğv edildi

MLS-də forma geyinən ən yaxşı futbolçularla beynəlxalq bir komanda arasında keçirilən All-star matçı koronavirus pandemiyasına görə bu il keçirilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu il Kanada və ABŞ klublarının birgə mübarizə apardığı MLS-in ən güclü futbolçularından ibarət komandası Meksika çempionatının (Liqa MX) ulduz oyunçularından qurulan kollektivlə üz-üzə gəlməli idi. Qarşılaşmanın iyulun 29-da Los Ancelesdə keçirilməsi nəzərdə tutulmuşdu.

MLS-də cari mövsüm koronavirus pandemiyasına görə martın 12-dən dayandırılıb. Yarışın nə vaxt davam etdiriləcəyi hələ də bilinmir.

Xatırladaq ki, ötən il MLS all-start matçında sözügedən liqanın ulduzları Madrid “Atletiko”su ilə qarşılaşmış və 0:3 hesabıyla uduzmuşdular.

Xəbər Lenti