FİFA Azərbaycan klublarının yeni "yol planı"nı açıqladı

8 Aprel 2020 00:00 Dünya futbolu 708
FİFA Azərbaycan klublarının yeni "yol planı"nı açıqladı

FİFA koronavirus pandemiyası ilə əlaqədar dünya futbolunda yaranmış durğunluqla əlaqədar bəzi suallara cavab gətirəcək qərarlar verib.

Sportinfo.az xəbər verir ki, dünyanın ali futbol qurumunun əsas qərarlarından biri futbolçu və məşqçilərlə müqavilələrin taleyi ilə bağlıdı.

Belə ki, FİFA futbolçu və məşqçilərlə müqavilələrin bütün çempionatlarda mövsüm bitənə qədər uzadılması barədə qərar qəbul edib. Bu o deməkdi ki, müqaviləsinin müddəti bu ilin yayında (30 iyun) bitən futbolçularla anlaşmaların vaxtı mövsüm bitənə qədər artırılacaq.

Oxşar qərar yeni müqavilələrə də aiddi. Bəzi futbolçular var ki, hazırda başqa klublarla erkən müqavilə bağlayıblar və həmin anlaşmalar iyulun 1-dən etibarən qüvvəyə minməli idi. Amma həmin müqavilələr də hər ölkədə yeni mövsümə start veriləndən sonra qüvvəyə minəcək.

Mövsümlər və qeydiyyat tarixləri üst-üstə düşdükdə və tərəflər razılığa gələ bilmədikdə milli liqaların başa çatmasını təmin etmək üçün üstünlük futbolçuların hazırda çıxış etdikləri klublara veriləcək.

FİFA həmçinin milli çempionatlarda "transfer pəncərələri"nin başlama və bitmə vaxtlarını dəyişdirməyə icazə verəcək.

Digər Xəbərlər
Xəbər Lenti