"Klubları cinayətkarlar idarə edir" - Premyer Liqanın prezidenti

30 Mart 2020 00:56 Dünya futbolu 1 106
"Klubları cinayətkarlar idarə edir" - Premyer Liqanın prezidenti

"Başa düşdüm ki, Ukraynanın futbol liqalarını belə şəraitdə İsveçrə səviyyəsinə qaldırmaq olmaz".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Blick" nəşrinə açıqlamasında Ukrayna Premyer Liqasının prezidenti Tomas Qrimm deyib.

İşində üzləşdiyi çətinliklər barədə danışan isveçrəli futbol funksioneri bunu müxtəlif səbəblərlə əlaqələndirib. O, Ukraynada bəzi klub rəhbərlərinin cinayətkar fəaliyyətlə məşğul olduqlarını da gizlətməyib.

T.Qrimm "Vorskla"nın sahibinin "İnterpol" tərəfindən axtarıldığını, "Desna"nın sahibinin rəsmi sənədlərdə adının olmadığını, onun "Ukraynanın alkoqol kralı" adlandırıldığını, "Karpatı"nın isə iki il öncə avtomobillə bir qadını vuran və ölkədən qaçan şəxsə məxsus olduğunu açıqlayıb.

2018-ci ildən quruma rəhbərlik edən Tomas Qrimm qarşıdakı seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib.

"Vorskla"nın sahibi Ukraynanın keçmiş deputatı, milyarder Konstantin Jevaqodur. "Desna"nı Aleksandr Çebotaryevə, "Karpatı" isə Pyotr Dıminskiyə məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti