Fedrasiya UEFA tərəfindən böyük təzyiqlə üzləşir

27 Mart 2020 11:06 Dünya futbolu 405
Fedrasiya UEFA tərəfindən böyük təzyiqlə üzləşir

“Rux” klubunun baş məşqçisi Andrey Ferapontov Belarus çempionatının davam etdirilməsinin səbəblərindən danışıb.

Sportinfo.az xəbər verir ki, hazırda koronavirus səbəbindən UEFA-ya üzv olan 55 ölkənin 54-də yarışlar dayandırılıb.

Sports.kz saytına danışan qazaxıstanlı mütəxəssis bildirib ki, ölkədə çempionatın davam etdirilməsinin əsas səbəblərindən biri idman nazirliyinin və Belarus Futbol Federasiyasının siyasi iradəsidir:

"Hazırda Belarus çempionatı qonşu ölkələrin bir çox populyar idman telekanallarında yayımlanır. Bu ona əsas verir ki, oyunlar davam etdirilsin. Çempionatın olması ölkənin diqqət mərkəzinə çevrilməsi, təbliğatı baxımından mühüm rol oynayır. Bu vəziyyət Belarus futbolunu populyarlaşdırır".

O, çempionatın təxirə salınmasının mümkünlüyündən də danışıb. Bildirib ki, hazırda ölkədə idman nazirliyi və fedrasiyası UEFA tərəfindən böyük təzyiqlə üzləşir: "Həkimlər də həyəcan təbili çalır. Çempionatın ikinci turu keçiriləcək. Vəziyyətin necə davam edəcəyini baxıb görəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti