"Bu çətin zamanda ailəmin yanında olmaq istədim, qayıtdım"

24 Mart 2020 09:42 Dünya futbolu 520
"Bu çətin zamanda ailəmin yanında olmaq istədim, qayıtdım"

Koronavirus testlərindən ilk ikisi müsbət, sonuncusu mənfi çıxan "Flamenqo"nun baş məşqçisi Jorji Jezuş ölkəsi Portuqaliyaya dönüb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis martın 16-dan karantinə alınmışdı.

Jezuş 2019-cu ildən Braziliya klubunu çalışdırır. Son testinin neqativ olmasına baxmayaraq, onun Portuqaliyaya karantin bitməmiş qayımağı söz-söhbətə səbəb olub.

Hava limanında jurnalistlərə açıqlama verən 65 yaşlı çalışdırıcı ailəsinin yanında olmaq istədiyini deyib: "Bu çətin zamanda ailəmin yanında olmaq istədim.

Onsuz da mövsümə ara verilmişdi və evə qayıtmaq istəyirdim. Liqanın vəziyyəti müəyyənləşəndən sonra qayıdacam".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da