FİFA-dan transfer qaydaları ilə bağlı yeni qərarlar

28 Fevral 00:00 Dünya futbolu 174
FİFA-dan transfer qaydaları ilə bağlı yeni qərarlar

İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti iclası keçirilib.

Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, iclasda transfer qaydalarında yenilik edilməsi ilə bağlı qərarlar verilib.

İcarəyə götürülən futbolçuların sayına məhdudiyyət qoyulub. Bu qayda 2020-ci ilin iyulundan qüvvəyə minəcək.

2020/21 mövsümündən başlayaraq bir kluba digər ölkələrin klublarından 8-dən artıq futbolçu icarəyə götürülməyəcək. 2022/23 mövsümündən isə beynəlxalq icarələrin sayı 6-ya endiriləcək.

İki eyni klub arasında icarə müqavilələrinin sayı da məhdudlaşdırılıb. Tərəflər maksimum 3 oyunçunu bir-birinə icarəyə verə biləcəklər.

Xəbər Lenti
7 Aprel 19:16 Rüşvət veriblər?
7 Aprel 15:18 Messi "İnter" yolunda?