Azərbaycan çempionatında çıxış edəcək 14-cü komandanın adı açıqlandı - RƏSMİ

18 İyul 2024 11:20 Dünya futbolu 3 706
Azərbaycan çempionatında çıxış edəcək 14-cü komandanın adı açıqlandı - RƏSMİ

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komandanın adına aydınlıq gəlib.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Şəfa" olacaq.

Bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr artıq yekunlaşıb.

"Şəfa" yeni mövsümdən II Liqada çıxış etmək uğrunda pley-off mərhələsində "Hypers"ə məğlub olmuşdu. Buna baxmayaraq, komandanın bir neçə gün əvvəl Azərbaycan çempionatlarından kənarlaşdırılan "İrəvan"ın əvəzinə II Liqada oynamasına qərar verilib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!