"Barselona" və "Yuventus" futbolçularını dəyişdi - RƏSMİ

26 Yanvar 2020 16:00 Dünya futbolu 1 009
"Barselona" və "Yuventus" futbolçularını dəyişdi - RƏSMİ

"Barselona" və "Yuventus" futbolçularını dəyişib.

Sportinfo.az xəbər verir ki, "qoca sinyora" Kataloniya klubunun 19 yaşlı hücumçusu Alexandro Markesi 8,2 milyon avro qarşılığında heyətinə qatıb. Əvəzində isə La Liqa təmsilçisi qarşı tərəfdən 21 yaşlı yarımmüdafiəçi Mateus Pereyranı transfer edib. Məlumatı hər iki klubun rəsmi saytı yayıb.

Markes cari mövsüm "Barsa"da heç bir oyuna çıxmayıb. Sezonun ilk yarısını "Dijon"da icarədə olan Pereyra isə Liqa 1-də 10 görüş keçirib və 4 sarı vərəqə alıb.

Digər Xəbərlər
Xəbər Lenti