Messi: "Braziliyaya qalib gəlmək həmişə xoşdur"

16 Noyabr 2019 15:35 Dünya futbolu 617
Messi: "Braziliyaya qalib gəlmək həmişə xoşdur"

Argentina millisinin aparıcı oyunçusu Lionel Messi Braziliyaya qarşı keçirdikləri yoxlama görüşü haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Messi Braziliyaya qalib gəldikləri oyunun bu cür dəyərləndirib: “Braziliya yığması ilə rəqabətimiz lap əvvəllərə dayanır. Braziliyaya qalib gəlmək hər zaman xoşdur. Qələbə qazandığınızda daha da yaxşı işləyirsən. Baş məşqçimizin fikirləri meydanda özünü göstərir. Dünya çempionatının seçmə mərhələsinə az zaman qaldı. Kollektivdə əla atmosfer var”.

Səudiyyə Ərəbistanında keçirilən və argentinalıların 1:0 hesablı qələbəsilə başa çatan görüşdə yeganə qolu da Messi vurub.

Digər Xəbərlər
Xəbər Lenti