MLS rəhbəri təsdiqlədi - İbra İtaliyaya gedir

8 Noyabr 2019 15:01 Dünya futbolu 347
MLS rəhbəri təsdiqlədi - İbra İtaliyaya gedir

“Los-Anceles Qelaksi”nin futbolçusu Zlatan İbrahimoviç kareyerasını A seriyasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, İbranın qışda “Milan”la müqavilə bağlama ehtimalı yüksəkdir. Bu barədə MLS rəhbəri Don Qarber məlumat verib:

“Zlatan MLS-də oynadığı 2 il ərzində demək olar ki, bütün rekordları qırdı. Əlbəttə, biz istəyirik ki, o, ABŞ-da qalsın. Ancaq bu məsələdə hər şey “Los-Anceles Qelaksi”dən asılı deyil.

Təkrar edirəm, şəxsən mən istəyirəm ki, İbra qalsın. Onun işə yanaşması çox xoşuma gəlir. Ancaq hazırda onu “Milan” cəlb edir”.

İbrahimoviçin müqaviləsi 2019-cu ilin sonunda bitir.

Digər Xəbərlər
Xəbər Lenti