“Uzağı, ilyarıma türklər gücümüzü görəcək” - Paşinyanın adamı həddini aşdı

24 Fevral 2024 13:50 Dünya futbolu 3 886
“Uzağı, ilyarıma türklər gücümüzü görəcək” - Paşinyanın adamı həddini aşdı

“Bizə daha 1-1,5 il lazımdır ki, belimizi tam düzəldək, onda türklərlə ayrı cür danışacağıq”.

Bu özündənrazı, boyunu aşan iddia ilə Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Akop Aslanyan çıxış edib.

O, erməni jurnalistin Azərbaycanın “müharibə ilə hədələməsi, hərbi yolla anklavları geri alacağı” ilə bağlı sualına belə cavab verib: “Əgər Azərbaycan müharibə yolu ilə buna nail ola bilsəydi, bunu çoxdan edərdi. Hazırda bizi şantaj edirlər, deyirlər ki, anklavları verməsəniz, zorla alacağıq. Əsl şantajçı Azərbaycandır”.

Sözünə davam edən Aslanyan bildirib ki, “azərbaycanlılar Ermənistan ərazilərini tərk etmədikcə Ermənistan heç bir anklavı verməyəcək”.

“Baş nazirin açıqlamalarını izləsəniz, sözlərimizin getdikcə daha özünəinamlı olduğunu görəcəksiniz. Bunun da qayəsində ölkəmizin iqtisadi, siyasi, hərbi, bütün digər sahələrdə ləng də olsa, aydın inkişafı dayanır.

Bu gün ölkəmiz yavaş-yavaş, lakin dəqiq şəkildə belini düzəldir. Türk sərhədlərimizi necə möhkəmləndirdiyimizi görür. Bir-iki ildən sonra o, bizimlə belə danışa bilməyəcək.

Bu gün hərbi büdcəmizə Azərbaycandan daha çox pul ayrılır. Bizim büdcəmiz Azərbaycanın büdcəsinin yarısı olsa da, onların ərazisi bizdən 3 dəfə böyükdür”, - Aslanyan söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var