COP29

14 yaşında əsas komandada debüt etdi, Maradonanın rekordunu təzələdi

19 May 00:10 Dünya futbolu 459
14 yaşında əsas komandada debüt etdi, Maradonanın rekordunu təzələdi

14 yaşlı argentinalı Mateo Apolonio “Deportivo Riestra”nın böyük komandasında debüt edərək Dieqo Maradona və Serxio Agueronun rekordlarını təzələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.

Belə ki, Apolonio Argentina kubokunun 1/8 final mərhələsində Lionel Messinin keçmiş komandası olan “Nyuells Old Boyz”la matçın 84-cü dəqiqəsində meydana daxil olub.

Dieqo Maradona 16 yaşına 10 gün qalmış “Argentinos Juniors”da, Serxio Aguero isə 15 yaşda olarkən “İndependiente”də debüt edib.

Lakin 14 yaşlı Apolonionun meydana çıxması “Deportivo”nun Argentina kubokundan kənarda qalmasına kömək etmədi. Onun komandası “Nyuells Old Boyz”a 0:1 hesabı ilə uduzdu.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"