“Super Liqa layihəsi komandaları parçalayacaq və məhv edəcək”

4 Aprel 2025 21:40 Dünya futbolu 551
“Super Liqa layihəsi komandaları parçalayacaq və məhv edəcək”

UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Super Liqası layihəsindən danışıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, o, Super Liqa layihəsinin komandaları parçalayacağını və məhv edəcəyini bildirib:

“Super Liqa layihəsi komandaları parçalayacaq və məhv edəcək. Biz qurmaq və birləşmək istəyirik.

Onlar inanırlar ki, ən yaxşılar yalnız ən yaxşılarla oynamalıdır. Amma biz “Atalanta” və “Olimpiakos”un kuboklar, San Marino milli komandasının isə qələbələr qazandığını gördük”.

“Real”ın prezidenti Florentino Peres yeni futbol turnirinin başlanmasının əsas təşəbbüskarlarından biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!