Premyer Liqa klubundan ayrıldı - Millinin baş məşqçisi

26 Fevral 2025 01:40 Dünya futbolu 827
Premyer Liqa klubundan ayrıldı - Millinin baş məşqçisi

Rusiya millisinin baş məşqçisi Valeri Karpin Premyer Liqa təmsilçisi “Rostov”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sarı-göylər” 56 yaşlı mütəxəssisin əvəzinə ispaniyalı Conatan Alba ilə anlaşıb. “Rostov” hazırda 26 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Karpin Rusiya yığması ilə yanaşı, “Rostov” komandasını da çalışdırırdı.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!