Azərbaycan klubunu aldadan iş adamı Polşada həbs olundu - SON DƏQİQƏ

13:00 Hadisə 238
Azərbaycan klubunu aldadan iş adamı Polşada həbs olundu - SON DƏQİQƏ

Azərbaycanın ən böyük turizm şirkətlərindən biri olan “Flyblast”ın rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir.

Abdullayev şirkətə müraciət edən müştərilərin 1 milyon manata yaxın pulunu dələduzluq yolu ələ keçirməkdə ittiham olunur.

100-ə yaxın əməkdaşı olan “Flyblast Agency Travel” aviabilet satışı, turpaketlər, xarici və daxili turlar, viza dəstəyi, transfer və müxtəlif turizm xidmətləri ilə məşğul olub. Lakin bu xidmətlər göstərilən zaman bir neçə vətəndaş aldadılıb.

Vətəndaşların şikayəti əsasında Xətai Rayon Prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə cinayət işi başlanılıb, ölkədə olmadığı üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Şirkət isə fəaliyyətini dayandırıb.

Ən son məlumata görə, Abdullayev Polşada həbs edilib. Hazırda ekstradisiya edilməsi üçün işlər aparılır. Gələcəkdə təqsiri sübuta yetirilsə, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onu 14 ilə kimi həbs gözləyir.

Maraq üçün bildirək ki, şözügedən şirkət ötən ilin yayında II Liqada mübarizə aparan “Sheki City”nin sponsorluq öhdəliyini boynuna götürərərək futbolçularla sərfəli şərtlərlə müqavilənin bağlanmasında səbəbklar olmuşdu. Lakin müəyyən vaxtdan sonra öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdı.

Razılaşmaya görə, “Flyblast” hər ay klubun hesabına 40 min manat köçürməli imiş. Zaman keçsə də, hesaba bir manat da daxil olmayıb. Nəticədə məşqçi və futbolçu heyəti 6 aylıq, yəni 240 min manatlıq borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib.

İttiham olunan Rövşən Abdullayev məhkəmənin ilk prosesinə qatılmayıb.

Ötən ilin dekabr ayında səbəbkarla telefon əlaqəsi yaratmağa çalışmışdıq. O, dəstəyi qaldırsa da, görüşdə olduğunu deyib bir azdan zəng vuracağını bildirmişdi. Vədinə əməl etməyən iş adamı sonrakı zənglərimizi cavabsız qoymuşdu.

Müxtəlif bəhanələrlə şikayətçilərdən qaçan şirkət rəhbəri Polşada həbs olunub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!