Ərəblər Ronaldodan əl çəkmir - Ona yeni müqavilə təklif edəcəklər

3 Yanvar 13:10 Dünya futbolu 770
Ərəblər Ronaldodan əl çəkmir - Ona yeni müqavilə təklif edəcəklər

“Əl-Nəsr”də Kriştiano Ronaldonun gələcəyi ilə bağlı qərar qəbul edilib.

Səudiyyə Ərəbistanı kluibu 39 yaşlı hücumçu ilə müqavilənin müddətinu uzatmaq istəyir.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Əl-Nəsr”in idman direktoru Fernando Yerro Ronaldo üçün yeni müqavilə təklifi hazırlayır.

Hazırda Ronaldonun mövcud müqaviləsi 2024/2025 mövsümünün sonuna qədər qüvvədədir.

Ronaldo “Əl-Nəsr”də ümumilikdə 83 oyun keçirib, 74 qol vurub və 18 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı beşqat “qızıl top” mükafatı sahibi futbolçunun dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu