COP29

Son vaxtlar ulduzu parlayan hücumçu uğrunda mübarizədə YENİ MÜŞTƏRİ

26 Noyabr 2024 18:20 Dünya futbolu 439
Son vaxtlar ulduzu parlayan hücumçu uğrunda mübarizədə YENİ MÜŞTƏRİ

Avropanın nəhəng klublarının transfer siyahısından olan "Sportinq"in hücumçusu Viktor Qyökereşə daha bir "müştəri" çıxıb.

Sportinfo.az xəbər verir ki, "Çelsi" isveçli futbolçunu transfer etmək istəyir.

Bu barədə "Record" nəşri məlumat yayıb.

London klubunun transfer yarışında daha şansı olduğu bildirilir.

"Çelsi" yanvar ayında Qyökereş üçün "Sportinq"ə 85 milyon avro ödəməyə hazırdır. "Mavilər" 26 yaşlı forvartdı qışda transfer edib onu mövsümün sonuna kimi hazırkı klubuna icarəyə verməyi planlaşdırır.

"Sportinq" Viktor Qyökereşi ötən ilin yayında İngiltərənin "Koventri" klubundan transfer edib. İsveç millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti