“Bu, iyrənc idi! Ardıcıl iki ötürmə belə edə bilmədik” – Messi ŞİKAYƏTLƏNDİ

12 Oktyabr 2024 01:40 Dünya futbolu 1 079
“Bu, iyrənc idi! Ardıcıl iki ötürmə belə edə bilmədik” – Messi ŞİKAYƏTLƏNDİ

Argentina yığmasının kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində dünən keçirilən Venesuela millisi ilə matçda (1:1) meydanın durumu haqda danışıb.

Sportinfo.az “Reuters”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bunun iyrənc matç olduğunu bildirib:

“Bu, iyrənc oyun idi. Ardıcıl iki ötürmə belə edə bilmədik.

Meydanda su olduğundan, top dayanırdı. Belə şəraitdə oynamaq çətindir”.

Oyun yarım saatlıq gecikmə ilə başlayıb: “Monumental de Maturin” stadionunun ot örtüyü yararsız vəziyyətdə olub.

Belə ki, matçdan bir neçə saat əvvəl bölgəyə yağan güclü yağışdan sonra meydançanı su basıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...