Ronaldo fransızı razı salmaq istəyir - “Əl-Nəsr”ə aparmaq üçün

5 Sentyabr 2024 10:00 Dünya futbolu 902
Ronaldo fransızı razı salmaq istəyir - “Əl-Nəsr”ə aparmaq üçün

“Yuventus”un sabiq yarımmüdafiəçisi Adrien Rabyo əvvəllər Turin klubunda birlikdə oynadığı Kriştiano Ronaldo ilə yenidən bir araya gələ bilər.

Sportinfo.az “Il Corriere dello Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu yaxın vaxtlarda “Əl-Nəsr”ə keçə bilər.

Səudiyyə Ərəbistanı klubu Rabyoya illik 20 milyon avro maaşla müqavilə təklif edib. 29 yaşlı futbolçu düşünmək üçün vaxt istəyib.

Ronaldo şəxsən onu “Əl-Nəsr”in təklifini qəbul etməyə razı salmağa çalışır.

Rabyo bir müddət əvvəl “Milan”a keçməkdən imtina etmişdi. O, İngiltərə Premyer Liqasının aparıcı klublarından təklif gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada