COP29

“Qəribədir ki, klubumuz oyunçulardan çox, pivədən pul qazanır"

25 Noyabr 2023 00:20 Dünya futbolu 349
“Qəribədir ki, klubumuz oyunçulardan çox, pivədən pul qazanır"

Niderland klubu “Tvente” bir il ərzində stadionda pivə satışından futbolçuların transferindən daha çox pul qazanıb.

Sportinfo.az xəbər verir ki, bunu klub rəsmilərindən biri öz açıqlamasında deyib:

“Qəribədir ki, “Tvente” oyunçulardan çox, pivədən qazanır. Mən Avropanın heç bir yerində görməmişəm ki, bir klub oyunçulardan daha çox pivədən qazansın”.

Pivə satışını əhatə edən iaşədən “Tvente” işçilərin maaşları və ərzaq alışı xərclərini nəzərə almasaq, təxminən 10,5 milyon avro qazanıb.

Klub futbolçu satışından təxminən 6,4 milyon avro əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti