Premyer Liqadan ayrılan tanınmış baş məşqçi ərəb klubunda

7 İyul 2022 10:20 Dünya futbolu 450
Premyer Liqadan ayrılan tanınmış baş məşqçi ərəb klubunda

"Tottenhem”in sabiq baş məşqçisi Nuno Espirito Santonun yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Portuqaliyadan olan 48 yaşlı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına rəhbərlik edəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Nuno Santo daha öncə “Valensiya”, “Portu” və “Vulverhempton”a da rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!