Yığmanın müdafiəçis heç bir kluba keçmək istəmir - “Arsenal”dan başqa

9 İyul 2024 12:20 Dünya futbolu 1 753
Yığmanın müdafiəçis heç bir kluba keçmək istəmir - “Arsenal”dan başqa

İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiori bu yay “Arsenal”a keçmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu yalnız London klubuna transfer olunarsa, “Bolonya”dan getməyə hazırdır.

O, artıq “topçular”la müqavilənin şərtlərini razılaşdırıb.

Daha əvvəl Kalafiorinin potensial transfer dəyərinin təxminən 50 milyon avro ola biləcəyi bildirilirdi.

22 yaşlı müdafiəçi ötən mövsüm İtaliya çempionatında “Bolonya”nın heyətində 30 matçda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti