Beyl Bakı yolunda

26 May 2021 00:42 Dünya futbolu 1 285
Beyl Bakı yolunda

Uels yığmasının AVRO-2020 üçün ilkin iştirak ərizəsi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, məşqçilər korpusu 28 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 8-i isə hücumçudur. Artıq təlim-məşq toplanışına başlayan, Fransa və Albaniya ilə yoldaşlıq görüşü keçirəcək britaniyalıların yekun heyəti mayın 30-da açıqlanacaq.

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”), Denni Uord (“Lester”), Adam Deyvis (“Stok Siti”);

Müdafiəçilər: Ceyms Laurens (“Sankt Pauli”), Ben Devis, Co Rodon (hər ikisi “Tottenhem”), Kris Mefam (“Bornmut”), Kris Qunter (“Çarlton”), Riys Norrinqton-Deyvis (“Şeffild Yunayted”), Neko Uilyams (“Liverpul”), Tom Lokyer (“Luton”)

Yarımmüdafiəçilər: Co Allen (“Stok Siti”), Co Morrell (“Luton”), Etan Ampadu (“Çelsi”), Mettyu Smit (“Mançester Siti”), Conni Uilyams, Rubin Koluill (hər ikisi “Kardiff”), Aaron Remsi (“Yuventus”), Dilan Lyuitt (“Mançester Yunayted”), George Tomas (KPR)

Hücumçular: Kiffer Mur, Mark Harris (hər ikisi “Kardiff”), Harri Uilson (“Liverpul”), Qaret Beyl (“Real”), David Bruks (“Bornmut”), Tayler Roberts (“Lids”) Tom Lourens (“Derbi”), Rabbi Matondo (“Şalke”).

AVRO-2020-nin A qrupunda yer alan Uels yığması İtaliya, İsveçrə və Türkiyə ilə mübarizə aparacaq. Uelslilər iyunun 12-də İsveçrə, 16-da isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti