Dünya çempionatının iki ildən bir keçirilməsinə qarşı çıxdı

25 Oktyabr 2021 00:28 Dünya çempionatı 368
Dünya çempionatının iki ildən bir keçirilməsinə qarşı çıxdı

Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) futbol üzrə dünya çempionatının iki ildən bir təşkili ehtimalına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, ANOC-un prezidenti vəzifəsini icra edən Robin Mitçell məsələ ilə bağlı açıqlama verib.

Funksioner dəyişikliyin Milli Olimpiya Komitələrinin yerli federasiyalarına təsir edəcəyini və bu səbəbdən narahat olduqlarını söyləyib.

Onun sözlərinə görə, mundiala iki ildən bir ev sahibliyi etmək qitə yarışlarına, həmçinin gender bərabərliyinə və oyunçuların sağlamlığına da təsir göstərəcək.

Növbəti dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək. Yarış hazırda 4 ildən bir təşkil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı