Azərbaycana 180 min dollar ayrıldı

15 İyul 2020 23:20 Digər növlər 1 176
Azərbaycana 180 min dollar ayrıldı

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Milli Olimpiya Komitələri (MOK) və beynəlxalq federasiyalara edəcəyi maliyyə yardımının məbləği açıqlanıb.

Sportinfo.az IOC-un rəsmi saytına istinadən xəbər verir ki, qurum bunun üçün ümumilikdə 100 milyon ABŞ dolları ayırıb.

Məbləğin 63 milyonu beynəlxalq federasiyalar, 37 milyonu isə 206 MOK arasında bölüşdürüləcək. Bu isə o deməkdir ki, hər komitəyə təqribən 180 000 ABŞ dolları ödəniləcək.

Bundan başqa, IOC-un İcraiyyə Komitəsi 2020-ci ilin sonunda Milli Olimpiya Komitələrinə daha 150 milyon ABŞ dolları həcmində yardım ayrılacağını açıqlayıb.

Beynəlxalq Olimpiya Komitəsi koronavirus pandemiyası səbəbindən təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarına görə Milli Olimpiya Komitələri və beynəlxalq federasiyalara maliyyə dəstəyi verir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar