Bakıda keçiriləcək Dünya Kubokunun vaxtı dəyişdirildi

17 Mart 2020 19:30 Digər növlər 467
Bakıda keçiriləcək Dünya Kubokunun vaxtı dəyişdirildi

Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib.

Sportinfo.az Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni tarix bir müddət sonra açıqlanacaq.

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku 24 - 26 apreldə keçirilməli idi.

Daha öncə 17 - 19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib. Mart ayında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku isə koronavirusa görə yarımçıq dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti