Rəhbərlik daha iki yarışı təxirə saldı

14 Mart 2020 11:06 Digər növlər 444
Rəhbərlik daha iki yarışı təxirə saldı

"Formula 1" üzrə Bəhreyn və Vyetnam Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, təşkilatçılar koronavirus pandemiyasının geniş miqyasda yayılmasına görə bu addımı atıb.

Bəhreyn Qran-prisi 20 - 22 martda, Vyetnamdakı yarış isə 3 - 5 apreldə baş tutmalı idi.

"Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. 5-7 iyunda Azərbaycan Qran-prisi təşkil olunmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti