Azərbaycanda yeni Liqa yaradıldı - VİDEO

27 Yanvar 2020 12:02 Digər növlər 1 629
Azərbaycanda yeni Liqa yaradıldı - VİDEO

Azərbaycanda yeni - Qafqaz idman Liqası yaradılıb.

Sportinfo.az xəbər verir ki, Qafqaz İdman Liqasının (CSL) təsis olunmasında məqsəd ölkədə idmanın inkişafı, yeniyetmə və gənclərin sağlam ruhda böyümələri, eyni zamanda müxtəlif idman növlərindən maraqlı seriya turnirlər təşkil edərək kütləviliyi artırmaqdır.

Liqaya daxil olan idman növləri üzrə seriya turnirlərin regionlarda, eyni zamanda Bakıda və Qafqazın digər şəhərlərində keçirilməsi planlaşdırılır.

İlk dəfə bu ilin yanvar ayının 24-də Şamaxı Olimpiya Mərkəzində MMA idman növü üzrə təşkil ediləcək liqanın növbəti seriyaları cüdo, boks, güləş, karate, futbol və s. idman növləri üzrə olacaq.

Qafqaz İdman Liqası ölkəmizin istənilən federasiyası və ya təşkilatı ilə təmənnasız əməkdaşlıq etməyi və günü-gündən fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!