"Bu, bizi qane etmədi"

7 Noyabr 2019 09:30 Digər növlər 475
"Bu, bizi qane etmədi"

"Yarış günü çox həyəcanlı idik. İlk gündə 3-cü yerlə kifayətlənməli olduq. Bundan sonrakı mərhələlərdə daha uğurlu çıxış etdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatının gənclər yaş qrupunda qızıl medal qazanan Murad Rəfiyev söyləyib.

Onun sözlərinə görə, Avropa çempionatında ciddi rəqiblərlə mübarizə aparıblar: "Bizim üçün ən güclü rəqib Rusiya və Böyük Britaniya təmsilçiləri idi. Lakin son gün onları geridə qoymağı bacardıq. Yarışın ilk günündə 3, ikinci günündə 2 və son gündə isə qızıl medal qazanmağı bacardıq.

Çempionatın ilk günündə bürünc medal qazandıq. Bu, bizi qane etmədi. Ertəsi gün fəxri kürsünün ikinci pilləsinə qalxdıq. Turnirin sonuncu günündə isə qızıl medala sahib olduq. Azərbaycanın dövlət himninin İsraildə səslənməsi çox qürurverici idi”.

Avropa çempionu onu da bildirib ki, qalibiyyətini 2016-cı ilin aprel döyüşlərində canlarını fəda edən şəhidlərimizə, səngərdə Vətənin keşiyini çəkən əsgərlərə həsr edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı