“Məhz Bakıda qızıl mükafat əldə etmək çox yaxşıdır”

11 Mart 03:50 Digər növlər 330
“Məhz Bakıda qızıl mükafat əldə etmək çox yaxşıdır”

"2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək və qalib gəlmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanan Azərbaycanın idman gimnastı Nikita Simonov deyib.

Halqalarla hərəkətlərdə fəxri kürsünün birinci pilləsinə qalxan 28 yaşlı idmançı Milli Gimnastika Arenasında gerçəkləşən yarışla bağlı təəssüratının çox yaxşı olduğunu bildirib:

"Evimizdə, Bakıdakı Dünya Kubokunda mübarizə apardıq. Möhtəşəm turnir idi.

Bu ilin ilk yarışında, Almaniyanın Kotbus şəhərində gümüş medal qazanmışdım. Amma bura Bakıdır.

Məhz burada qızıl mükafat əldə etmək çox yaxşıdır. Məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm".

Dünya Kubokunda 19 ölkə gimnastları çıxış ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?
17 Aprel 09:00 Qəpik-quruş BAZARI