COP29

Dünya kubokunda iştirak edəcək Azərbaycan gimnastları - SİYAHI

23 May 18:40 Digər növlər 261
Dünya kubokunda iştirak edəcək Azərbaycan gimnastları - SİYAHI

Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə dünya kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri məlum olub.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yığma yarışda üç növdə mübarizə aparacaq.

Dilarə Qurbanova (fərdi), Mədinə Mustafayeva və Vladimir Dolmatov (qarışıq cütlük), Dilarə Qurbanova, Vladimir Dolmatov və Mədinə Mustafayeva (üçlük) turnirdə çıxış edəcəklər.

Onlar məşqçi Mariyan Kolevin rəhbərliyi altında bacarıqlarını göstərməyə çalışacaqlar. Lalə Hüseynova isə yarışa hakim kimi təyinat alıb.

Dünya kuboku mayın 25-26-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti