Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək

11 Aprel 02:50 Digər növlər 506
Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək

Badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Avropa Badminton Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Federasiyanın prezidenti Sven Serre qərarlarında Azərbaycanda badminton tədbirlərinin yüksək səviyyədə təşkil olunmasının mühüm rol oynadığını açıqlayıb:

“Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığımız həmişə məhsuldar olub. Onların mükəmməlliyə həvəsi yüksək səviyyədə ev sahibi olmalarına səbəb olur.

Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi turniri gözləyən Bakıya, Azərbaycana qayıtmaqdan məmnunuq”.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da öz növbəsində qərara münasibətini bildirib:

“Bakının Avropa çempionatına ev sahibi kimi seçilməsi xəbəri məni çox həyəcanlandırır. Avropa badmintonunun uğurunu birlikdə qeyd etmək və Bakıda daha bir unudulmaz təcrübə üçün bütün komandaları salamlamağı səbirsizliklə gözləyirik”.

Avropa Badminton Federasiyası 2024-cü ildə yeniyetmələr arasında Avropa çempionatının İspaniyanın İbiza adasında keçirilməsini qərara alıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU