COP29

Azərbaycan gimnastları birinci dünya çempionatında

14 Noyabr 2023 10:00 Digər növlər 357
Azərbaycan gimnastları birinci dünya çempionatında

Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışlarında, həmçinin gənclər arasında birinci dünya çempionatında çıxış edəcəklər.

Sportinfo.az xəbər verir ki, hər iki mötəbər turnir 16-19 noyabr tarixlərində baş tutacaq.

Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Ömər Qasımlı, Fərhad Mustafayev, Samirə Hüseynova, Ayan Şabanova (batut gimnastikası), Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev (tamblinq) dünya yaş qrupları yarışlarında qüvvələrini sınayacaqlar.

Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova, Ayan Şabanova (batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) isə birinci dünya çempionatında Azərbaycanı təmsil edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?