Britaniyalı qız: "Artıq Bakıdakı hava şəraitinə öyrəncəliyəm"

21 May 2023 02:20 Digər növlər 399
Britaniyalı qız: "Artıq Bakıdakı hava şəraitinə öyrəncəliyəm"

"Düzdür, hava çox küləkli idi, amma bunun özü də bir əyləncədir.

Bakının küləklər şəhəri olduğunu öncədən eşitmişdim. Əvvəl də ölkənizdə olduğum üçün artıq hava şəraitinə öyrəncəliyəm".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş üzrə yarışda qızıl medal qazanmış Böyük Britaniya atleti Şona Makintoş deyib.

Britaniyalı atıcı Azərbaycana dördüncü səfəri olduğunu bildirib:

"Qızıl medal qazandığıma görə sevincliyəm. Bakı bəyəndiyim şəhərdir. Bakı Atıcılıq Mərkəzindəki atəş meydanları da dünyada ən yaxşılardandır.

Biz ailəlikcə atıcıyıq. Atam, anam, hətta böyük bacım da bu idman növü ilə məşğul olur. Şəxsi məşqçim də elə atamdır".

Ş.Makintoş deyib ki, Böyük Britaniya tarixinin ən uğurlu qadın tüfəng atıcısı olmağım onda əlavə təzyiq yaratmır: "Əksinə, bu, mənə özünəinam verir”.

Digər Xəbərlər
Xəbər Lenti