10 min manat - Prezident bu idmançı və məşqçiləri mükafatlandırdı

3 Avqust 2022 23:00 Digər növlər 1 512
10 min manat - Prezident bu idmançı və məşqçiləri mükafatlandırdı

Prezident İlham Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sportinfo.az xəbər verir ki, sərəncama əsasən, Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılırlar:

1.1. birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;

1.2. ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;

1.3. üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;

1.4. komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Digər Xəbərlər
Xəbər Lenti