Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat - FOTOLAR

27 Aprel 2022 01:50 Digər növlər 1 083
Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə Kommunikasiya seminarı keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, tədbirdə 11 - 21 avqustda sözügedən şəhərdə idman gimnastikasının da daxil olduğu 9 idman növü üzrə keçiriləcək Avropa çempionatı ilə əlaqədar təqdimat olub.

12 ölkə nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan da təmsil olunub. Tədbir iştirakçıları həmçinin gimnastika növü üzrə yarışların keçiriləcəyi olimpiya zalına da səfər ediblər.

Avropa çempionatında Azərbaycanın kişi və qadın idman gimnastları da mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti