Yığmamızda bu say 21-ə çatdı

5 Sentyabr 2021 01:10 Digər növlər 499
Yığmamızda bu say 21-ə çatdı

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, sərbəst güləşçilərin yarışı keçirilib.

Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) təmsil edib.

Əşrəf Aşırov, Abubakr Abakarov və Osman Nurməhəmmədov çempion olub. İslam İlyasov və Aydın Əhmədov ikinci, Əliabbas Rzazadəylə Sabir Cəfərov isə üçüncü yeri tutub.

Beləliklə, sərbəst güləşçilərimiz yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Bununla da yığmamızın hesabındakı mükafat 21-ə (6-4-11) çatıb. Komandamız medal siyahısında Rusiyadan (21-6-6) sonra ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti