Azərbaycanda çalışan baş məşqçi Rusiyadan aldığı təklifə necə reaksiya verdi?

17 Avqust 2023 09:20 Sabah 1 374
Azərbaycanda çalışan baş məşqçi Rusiyadan aldığı təklifə necə reaksiya verdi?

Rusiya Premyer Liqası təmsilçisi "Axmat" "Sabah"ın baş məşqçisi Murad Musayevə təklif göndərib.

Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis sözügedən təklifi qəbul etməyib.

M.Musayev "RB Sport" nəşrinə açıqlamasında "Axmat"ın təklifi ilə bağlı sualı belə cavablandırıb:

“Biz Konfrans Liqasında “Partizan”la oyun üçün Belqrada uçacağıq. Bütün fikirlərim yalnız “Sabah” və qarşıdakı oyunlar haqqındadır”.

Musayev 2021-ci ilin oktyabrında "Sabah"a keçib və klubla2 illik müqavilə imzalayıb.

2022/2023 mövsümünündə rusiyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Azərbaycan çempionatının ikincisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı