Əsas milli üzvləri niyə ora getmir?

25 Aprel 2021 23:20 Cüdo 1 790
Əsas milli üzvləri niyə ora getmir?

Cüdo üzrə ilin son, beşinci “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan millisinin ilkin heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, 5-7 may tarixlərində baş tutacaq yarış Rusiyanın Kazan şəhərində keçiriləcək.

Azərbaycan millisi Tatarıstanın paytaxtında keçiriləcək və Olimpiadaya lisenziya xalları verən yarışda 11 idmançı ilə mübarizə aparacaq. Bunlardan səkkizi kişi, üçü qadın cüdoçu olacaq.

Kişilər: Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Elçin Hüseynov (-66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev (hər ikisi -73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Camal Feyziyev (+100 kq)

Qadınlar: Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq).

Komandamızın aparıcı üzvləri – Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Rüstəm Orucov (-73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kostoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) 6-13 iyunda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Bu səbəbdən də onlar Kazandakı yarışda iştirak etməyəcəklər (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı